18 sentyabr 2019 (Çərşənbə) 16:04:19

Portalın aktiv bölmələri

Naxçıvanda müşavirə keçirilib

Naxçıvanda müşavirə keçirilib

2019-cu ilin aprel ayının 15-də "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında innovasiyalar uğurla tətbiq olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün ərazisi fiber-optik xətlə, stasionar və mobil rabitə xidməti, eləcə də sürətli internetlə təmin edilmişdir.

Naxçıvanın ən innovativ layihələri müəyyən olunub

Naxçıvanın ən innovativ layihələri müəyyən olunub

“Naxçıvan” Universitetində 100-dən çox gəncin qatıldığı “I2B-İdeyadan biznesə” layihəsi çərçivəsində ikinci startap turu təşkil olunub.
Tədbirin informativ hissəsində məlumat verilib ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə həyata keçirilən “I2B-İdeyadan biznesə” layihəsinin təcrübəsindən yararlanaraq muxtar respublikada startap hərəkatının genişləndirilməsi istiqamətində bir sıra tədbirlər reallaşdırıb.

“İdeyadan biznesə” layihəsinin Naxçıvan turunun keçirilməsi ilə əlaqədar seminar keçirilib

“İdeyadan biznesə” layihəsinin Naxçıvan turunun keçirilməsi ilə əlaqədar seminar keçirilib

Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin iştirakı ilə “İdeyadan biznesə” layihəsinin Naxçıvan turunun keçirilməsi ilə əlaqədar seminar olub.Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov seminarı açaraq bildirib ki, tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi üçün bu cür layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan rektor bunun üçün universitetdə gənclərə hər cür şərait yaradıldığını qeyd edib.

best joomla login module
joomla social media module